Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Səfərin məqsədi Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar keçirilən vida mərasimində iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Samir Şərifov, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, millət vəkilləri və digər ictimai-siyasi xadimlər yer alıb.
Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstanın rəsmi şəxsləri, Azərbaycanın səfirliyi və digər nümayəndələr qarşılayıblar.
Vida mərasimi Tbilisidə yerləşən Müqəddəs Üçlük Katedralində keçirilib. Müqəddəs Üçlük katedral kilsəsində təşkil olunan mərasim zamanı dini ayinlər icra olunub, dualar oxunub və mərhum patriarxın xatirəsi ehtiramla yad edilib.
Mərasimdə müxtəlif ölkələrdən – Vatikan, Avropa və region dövlətlərindən gəlmiş rəsmi şəxslər, eləcə də digər regionlardan dini nümayəndələr iştirak ediblər.
Vida mərasimində iştirak edənlər Patriarxın dinlərarası dialoqa verdiyi töhfələri xüsusi vurğulayıblar.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə isə II İliya ilə bağlı xatirələrini bölüşərək deyib ki, Patriarx II İlya Azərbaycan-Gürcüstan münasibətlərinə böyük töhfələr verib. “Bu ağır itkidir, arzu edirəm ki, onun əvəz edəcək şəxslər gələcəkdə bu itkini bizə unutdursunlar”.
Günün ikinci yarısında patriarxın cənazəsi dəfn olunmaq üçün kilsədən çıxarılıb. Vida mərasimi dərin hüzn şəraitində davam edib.
Beləliklə, II İliyanın vida mərasimi onun yalnız Gürcüstanda deyil, bütün regionda böyük nüfuza malik mənəvi lider olduğunu bir daha göstərdi.
Digər Xəbərlər
22 Mart 2026 13:50
Bayram günlərində təhsil işçiləri bir araya gəldi - FOTOLAR
22 Mart 2026 11:28
İrandan Azərbaycana neçə nəfər təxliyə olunub?
21 Mart 2026 13:00
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
21 Mart 2026 10:43
Oğlu və nəvəsi məzarı başında... - FOTO
20 Mart 2026 22:00
Leyla Əliyevadan Ramazan paylaşımı - VİDEO
20 Mart 2026 18:14
Mehriban Əliyevadan xalqa Novruz təbriki
20 Mart 2026 15:00
Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək
20 Mart 2026 14:04


Bakı -°C

