Qətərdəki dünya çempionatı ləğv edildi
Aprelin 15-dən 18-dək Qətərdə keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatı ləğv edilib. Bu qərar yarış üçün nəzərdə tutulan cihaz və avadanlıqların çatdırılmasında yaranan logistik çətinliklərlə bağlı qəbul olunub.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası məlumat yayıb.
Qeyd olunur ki, yarışın təxirə salınması beynəlxalq yarış təqviminə, o cümlədən Afrika, Avropa və Asiya qitə çempionatlarına, həmçinin bu il Niderlandda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatına mənfi təsir göstərə bilər.


Bakı -°C

