adalet.az header logo
  • Bakı 6°C
26 Fevral 2021 13:27
16534
MƏMLƏKƏT
A- A+

Xocalının əfsanəvi komandiri

Erməni quldurlarının Meşəli kəndinə hücumu zamanı , heç bir yerdən köməyə gedilməyən , Bakıdan köməyə göndərilmiş boş mulki vertolyotla , komandiri olduğu Xocalı özünümüdafiə batalyonunun döyuşçüləri ilə köməyə gedərək dinc sakinləri xilas edən , Noraguğ və Mehdikənd istiqamətlərindən azərbaycanlıların intensiv olaraq atəşə tutulduğu raket və artileriya qurğularının sıradan çıxarılması əməliyyatlarını hazırlayaraq uğurla həyata keçirən ,Gəncədən Stepanakertə bədnam 366 - cı alaya ,bayram sovqatı adı altında sursat aparan hərbi karvanın Xocalılar tərəfindən haqlı müsadirəsinə cavab olaraq , Xocalı polis şöbəsinin inzibati binasında şəxsi heyəti girov saxlayan Gəncə diviziyasının hərbiçilərini ikiqat mühasirə həlqəsinə salaraq rus polkovnikinə , ''buranın komandiri mənəm , komandanı mən verirəm '' deyərək əlindəki avtomatı onun sinəsinə tuşlayaraq Xocalıdan əliboş yola salan , faciə axşamı rus - erməni hərbi birəşmələrinin zirehli texnikasına qarşı avtomatla çlxaraq , qeyri bərabər döyuşə girərək , dinc sakinlərin təhlükəsiz zonaya çıxarılmasına şərait yaradan ,sonuncu Xocalı sakininin şəhəri tərk etdiyinə tam əmin olduqdan sonra , qəzaya uğrayan gəminin kapitanı kimi , Xocalını ən axırda tərk edən , 3 gün Kətik dağında erməni quldurlarının mühasirəsinə düçərək son gulləsinədək vuruşan , ölümü əsirlikdən üstün tutaraq son qumbaranı partladaraq yaxınlıqdakı erməniləri və özünü məhv edən , Azərbaycanın ilk Milli Qəhrəmanı adı alanlardan biri , Xocalının əfsanəvi komandiri , Mixaylo ləqəbli mayor HÜSEYNOV TOFIQ MIRSIYAB OĞLU !

AKİF MIRSIYAB OĞLU