adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 12:58
77
MƏMLƏKƏT
A- A+

“İşğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Zəngilan artıq...”

“Bu gün Zəngilan şəhəri günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Zəngilan şəhərinin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, işğaldan azad olunan Zəngilan şəhəri və kəndləri qısa zamanda yenidən qurma mərhələsinə qədəm qoydu:
“İnfrastrukturun yenidən qurulması, iqtisadiyyatın fərqli sahələrinin inkişafının dəstəklənməsi və yeni sərmayə qoyuluşları Zəngilan rayonunun inkişafını daha stimullaşırdı. Zəngilan Zəfərdən sonra işğaldan azad olunan ərazilərimizdə ilk məskunlaşmanın həyata keçirildiyi rayon kimi də tarixə düşdü.Zəfərdən sonra Zəngilan iqtisadiyyatı rekord səviyyədə, 515 dəfə böyüyüb. Dünyada nadir hallarda hansı bölgədə məhsul istehsalı 5 il müddətində bu qədər artır”. 

Millət vəkilinin sözlərinə görə, Zəngilan rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə cəmi 1 milyon 161 min manat idisə indi bu göstərici 600 milyon manata yaxındır:

“2020-ci ildə heç bir sənaye məhsulu istehsal etməyən Zəngilan rayonunda hazırda 3 milyon manata yaxın sənaye məhsulları istehsal olunur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə məhsul istehsalı 927 min manatdan 6 milyon manatadək yüksəlib. Göründüyü kimi, işğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Zəngilan artıq Şərqi Zəngəzur iqtisadi rayonunun əsas mərkəzlərindən birinə çevrilməkdədir. Zəngəzur dəhlizinin keçdiyi Zəgilan rayonu regionun nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Bu rayon üçün yeni üstünlüklər və yeni iş yerləri demək olacaq”.

Vasif ƏLİHÜSEYN