adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 12:46
67
MƏMLƏKƏT
A- A+

Şabranda selin sıradan çıxardığı yol bərpa olundu - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb.

Adalet.az xəbər verir ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub.

Həmçinin Şabran–Qalaaltı avtomobil yolunun 6-cı kilometrində yeni suötürücü boru inşa edilib.

Görülən işlər nəticəsində selin fəsadları tam aradan qaldırılıb, nəqliyyatın təhlükəsiz və rahat hərəkəti təmin olunub.

Qeyd edək ki, leysan və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilib.