adalet.az header logo
  • Bakı -°C

Tramp - Zelenski mübahisəsi davam edir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
91 | 2026-10-21 12:09
A- A+

Vaşinqton və Moskva arasında dizel yanacağı razılaşmasından sonra, Zelenski ilə Tramp arasında yaşanan mübahisə davam edir. Hər iki lider demək olar ki, hər gün bir birilərinə qarşı ittihamlar irəli sürürlər. 

Hazır ki, mübahisə fdvrsl ayında Ağ Evdə baş verən qalmaqaldan fərqlənir. Həmin vaxt ABŞ prezidenti vəziyyəti yumşsltmaq məqsədiylə faydalı qazıntılarla bağlı məsələni sona çatıracsğı vədi ilə faktiki olaraq üzr istəmişdi.

Hazırki durum isə göstərir ki, nə Tramp, nə də Zelenski geri çəkilmək fikirində deyillər. Dizel yanacağı ilə bağlı razılaşmadan 10 gen keçməsinə baxmayaraq, Kiyev sakitləşmir və bu da, iki prezident arasında açıq qarşıdurmanı genişləndirir. ABŞ prezidentinin açıq şəkildə Zelrnskini tənqid etməsi və onu münaqişənin bitməsini istəməməsinə mane olmaqda günahlandıtması vəziyyəti bir az da gərginləşdirir. Tramp hətta Rusiya ilə sülh danışıqlarında başqa adamın iştirak etməsini, dolayısı ilə Zelenskinin hakimiyyətdən getməsini tələb edir. 

 Zelenski isə bəyan edir ki, Vaşinqton faktiki olaraq Kiyevi kapitulyasita aktına imza atmağa məcbur etmək istəyir. ABŞ Kiyevə Patriot raketlərinin verilməsini ləngidir, kəşviyyat məlumarlarının verilməsini məhdudlaşdırır. Bu isə, paytaxt Kiyevə atılan raketlərin qarşısının alınmasına mane olur. Nəticədə Ukraynanın dunc əhalisi həlak olur, yaşayış binaları dağıdılır.

 Ekspertlərin fikirincə, ABŞ prezidenti seçkilər ərəfəsi seçicilərin duqqətini cəlb etmək üçün bu addımları atır. Zelenski isə, Trampla yaşanan mübahisədən istifadə edərək, Avropalı tərəfdaşlarını ətrafına toplamağa, Ukraynaya dəsyək olmalarına çalışır.

 

  • Sentyabr:
  • 25

TƏQVİM / ARXİV