Üçtərəfli görüşə hazırlıq başlayıb
“Çin tərəfi Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşünə hazırlıqlara başlayıb”.
Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, uğurlu şərait daxilində danışıqlar Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tuta bilər:
“Çinli dostlarımız – APEC sammitinin ev sahibləri bu görüşün hazırlığı ilə məşğuldurlar. Əlverişli şərait olarsa, onlar, əlbəttə ki, bu görüşü Şençjendəki tədbirlər proqramına daxil edəcəklər. Bu bəyanat Vladimir Putinin ABŞ lideri Donald Trampın xüsusi elçisi Stiv Uitkoff ilə söhbətinin yekunlarına əsasən verilib. Üçtərəfli danışıqların gündəliyinə gəlincə, Rusiya tərəfi artıq bir sıra praktiki təkliflər formalaşdırıb”.
Xatırladaq ki, oktyabrın 19-da Vladimir Putin Donald Tramp və Si Cinpin Şençjendəki APEC sammiti çərçivəsində üçtərəfli sammit keçirməyi təklif etmişdi. “The Wall Street Journal”ın məlumatına görə, liderlər Volodimir Zelenski olmadan Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etməyi planlaşdırırlar.
Digər Xəbərlər
21 Oktyabr 2026 20:17
Pezeşkian: Tramp İranın neft-qazını istəyir
21 Oktyabr 2026 19:27
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
21 Oktyabr 2026 18:56
Ermənistan KTMT-yə qayıtmayacaq
21 Oktyabr 2026 17:35
Mirzoyan azərbaycanlı çobanın Ermənistana keçməsinə münasibət bildirdi - YENİLƏNİB
21 Oktyabr 2026 13:51
Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır
21 Oktyabr 2026 13:37
Putin və Uitkoff görüşdü - YENİLƏNİB
21 Oktyabr 2026 13:26
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
21 Oktyabr 2026 13:12


Bakı -°C

