Fransa fövqəladə təhlükəsizlik tədbirləri görür: Ordu hərəkətə keçəcək
Yaşayış xərclərinin yüksək olmasına və ictimai xidmətlərə qarşı etirazların zorakılığa çevrilməsindən sonra Fransa hökuməti tədbir görüb. Yeni nümayişlərdən əvvəl geniş təhlükəsizlik tədbirləri görüləcək və hərbi hissələr yerləşdiriləcək.
Adalet.az xəbər verir ki, 17 oktyabrda başlayan və Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərə yayılan etirazlardan sonra hökumət yeni nümayişlərə qarşı təhlükəsizlik tədbirlərini artırmaq qərarına gəlib.
Baş nazir Sebastyan Lekornu 24 oktyabr şənbə günü keçirilməsi planlaşdırılan etirazlardan əvvəl genişmiqyaslı təhlükəsizlik əməliyyatının həyata keçiriləcəyini açıqlayıb. Parlamentdə çıxış edən Lekornu prioritetlərinin ictimai asayişi bərpa etmək olduğunu bildirib
Daxili işlər naziri Loran Nunyes yeni etirazlar zamanı polisə dəstək olmaq üçün hərbçilərin də bu işə cəlb ediləcəyini açıqlayıb. Hökumətin bu qərarı ötən həftə sonu baş verən zorakılıq və talanlardan sonra təhlükəsizlik qüvvələrinin yetərli olmadığı ilə bağlı artan tənqidlərdən sonra verilib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Oktyabr 2026 12:33
Fransa etirazların qarşısını ala bilmir
21 Oktyabr 2026 10:59
Putin Trampın xüsusi nümayəndəsi ilə danışıqlar aparacaq
21 Oktyabr 2026 09:15
"Bütün region zərər görəcək" - Pezeşkian müharibədən danışdı
21 Oktyabr 2026 08:56
Ebola bu ölkəyə də sıçradı
21 Oktyabr 2026 08:56
“Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
21 Oktyabr 2026 08:55
Fransada 12 şəhərdə komendant saatı uzadıldı
21 Oktyabr 2026 07:13
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
21 Oktyabr 2026 07:12


Bakı -°C

