“Türkiyə-Azərbayacan prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı İlham Əliyevə zəng edərək Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək Zirvə görüşünə dəvət edib. İki ölkə lideri qardaşlıq əlaqələrini bundan sonra inkişaf etdirilməsini qeyd ediblər. Azərbaycan və Türkiyə qardaş ölkələrdi. İki ölkə arasında böhran yaratmağa çalışanlar kifayətdir. Hər iki ölkə liderinin birgə siyasəti nəticəsində Türk Dövlətləri Təşkilatı inkişaf edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, məhz bu təşkilatın inkişafını istəməyən mərkəzlər bundan sonra da böhran yaratmağa çalışacaq:
“Cənubi Qafqaz və Mərkəzi Asiyada hər iki ölkənin birgə əməkdaşlığı nəticəsində yeni siyasi nizam formalaşır. Ümumiyyətlə, Azərbaycan onun müstəqilliyinin və təhlükəsizliyini daima təhdid edən iki ölkə -Rusiya və İranla sərhəddir. Ona görə də daima bizim üçün Türkiyənin güclü olması və qardaşlıq əlaqələrinin qorunması bizim üçün strateji əhəmiyyət kəsb edir. Heç bir ölkə Türkiyədən başqa bizim üçün hərbi dəstək verməz.Ölkəmizdə də Türkiyə -Azərbayacan qardaşlığına qarşı yazılar və müsahibələr verən şəxsləri gördük. Bundan sonra Türkiyə qardaş demekləri də süni görsənəcək. Artıq adlarla bilirəm Türkiyəyə qarşı kimlərdi. Onları da sabah ölkəmizə də qarşı olacaqlar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Oktyabr 2026 11:05
“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:23
Günay Əfəndiyeva: "İşbirliyimizi daha da gücləndirməliyik"
22 Oktyabr 2026 10:21
Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir - Politoloq
22 Oktyabr 2026 10:13
“Cəmiyyətin taleyinə biganə yanaşmamalıyıq...”
22 Oktyabr 2026 08:20
“Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir”
21 Oktyabr 2026 23:00
Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar - FOTO
21 Oktyabr 2026 20:04


Bakı -°C

