DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.
Adalet.az-ın məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanıb.
Digər Xəbərlər
19 Oktyabr 2026 17:30
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
19 Oktyabr 2026 12:48
Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər etdi - Həbs olundu
19 Oktyabr 2026 12:07
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
17 Oktyabr 2026 18:42
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 Oktyabr 2026 18:06
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
17 Oktyabr 2026 11:41
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
16 Oktyabr 2026 16:12
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
16 Oktyabr 2026 10:37


Bakı -°C

