adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 19:35
74
MƏMLƏKƏT
A- A+

Camaatı aldatmayın...

 İndi bir çox mütəxəssislər və ekspertlər  Bakıda mövcud tıxacların aradan qaldırılması üçün müxtəlif fikirlər səsləndirirlər! Məsələn , deyirlər  ki, tıxacların qarşısını almaq üçün yeni yollar, yol ötürücüsü, körpülər inşa edilməlidir.

Guya Xırdalanda  Bakı istiqamətində iki yol çəkilsə, paytaxta tıxaclar aradan  qaldırılar!  Son illər Bakıda nə qədər yeni yol çəkilib, yol ötürücüsü , körpülər tikilib, ancaq yenə tıxaclar aradan qaldırılmayıb! Hansı ki, dövlət həmin layihələrin həyata keçirilməsi üçün milyonlarla pul xərcləyib!  İndi də deyirlər ki, taxacları aradan qaldırmaq üçün  Bakıda trolleybus və tramvay xətti çəkilməlidir!

Özü də tramvay xətti " Azadlıq" prospektində  olacaq! Bəs onda həmin yerdə  avtobuslar necə hərəkət edəcək? Bəs tıxac olmayacaq ! Tıxacların qarşısını almaq üçün ilk növbədə Bakıya insan axınının qarşısını almaq lazımdır! Rayonlarda iş yerləri açılsa, milyonlarla insan rayonda qalar və Bakıya axın etməz! İkincisi  isə   yeraltı nəqliyyatı - metronu inkişaf etdirmək lazımdır. Yəni onlarla yeni metro stansiyası tikilməlidir. Əgər bu stansiyalar çox olsa, onda  tıxaclar da azalar.

Amma bu yeniliklər də Bakıda tıxacları tamamilə həll etməyəcək! Bakıda tıxacları həll etmək üçün, ali məktəblər və kolleclər şəhərdən kənara köcürülməlidir! Ən yaxşısı isə paytaxtı köçürmək lazımdır. Əgər paytaxt Ağdam olsa, onda  bütün problemlər həll edilər, tıxaclar  tamamilə  aradan qaldırılar!Ona görə də gəlin özünüzü aldatmayın! Sizin verdiyiniz təkliflərlə, ideyalarla, layihələrlə Bakıda tıxacları aradan qaldırmaq olmayacaq! Əksinə dövlətin milyonlarla vəsaiti havaya sovurulacaq!!

Emil FAİQOĞLU