adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 13:13
89
HADİSƏ
A- A+

Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.