adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Fevral 2021 15:18
22411
MƏMLƏKƏT
A- A+

MUSTAFA KAMAL ATATÜRKÜN MÜTALİƏSİ - Etibar Əliyev yazır

Tarix kitablarını xəritəyə baxa-baxa oxuyardı. Müharibə kitablarını oxuyanda sxemlər çəkərdi. Yeganə istisna var idi...İstanbul Universitetinin kitabxanasından müvəqqəti aldığı kitablara qətiyyən işarə qoymazdı, onları necə almışdısa, eləcə tərtəmiz geri qaytarardı.

Bəzən 48 saat fasiləsiz kitab oxuyardı.

Təkcə hamama girmək üçün fasilə verər, sonra davam edərdi.

Ağ tənzifdən kiçik parçalar kəsdirərdi.

Oxumaqdan gözləri yaşaranda o suçəkən tənzif parçaları ilə qurudardı. "Kitab oxumaq xüsusi bir sənətkarlıqdır",-deyərdi.

Hətta ölüm yatağında olanda da kitab oxuyurdu.

15 oktyabr, 1938-ci il...Komaya düşüb həyata gözlərini yummazdan əvvəl axırıncə dəfə Türk Tarix Qurumunun "Bülleten"ini oxumuşdu...

Yılmaz Özdilin "Mustafa Kamal" kitabından