Azərbaycan boksçusu Cəmilə Muradlı Avropa çempionu olub
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan Boks Federasiyasından Adalet.az-a verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.
Digər Xəbərlər
10 Oktyabr 2026 10:55
Rəsmən boşandılar - 250 min avroluq aliment tələbi rədd edildi
10 Oktyabr 2026 09:00
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
09 Oktyabr 2026 23:54
“Qalatasaray” üç xalı 3 qolla qazandı
09 Oktyabr 2026 14:20


Bakı -°C

