Yeni doğulmuş körpədə çətin əməliyyat aparıldı - 300 mində bir rast gəlinir
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə sidik kisəsinin ekstrofiyası və anal atreziya diaqnozları təyin edilən yenidoğulmuş üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub.
Adalet.az xəbər verir ki, əməliyyat uzman uşaq cərrahı Araz Hüseynov, assistent cərrah Fərid Zeynalov və həkim-anestezioloq-reanimatoloqlar Yelmar Süleymanov və Yeganə Ağayeva tərəfindən uğurla həyata keçirilib. Hazırda körpənin müalicəsi və tibbi müşahidəsi davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, sidik kisəsinin ekstrofiyası sidik kisəsinin və qarın ön divarının normal formalaşmaması, anal atreziya isə anal dəliyin olmaması və ya qapalı olması ilə xarakterizə edilən anadangəlmə inkişaf qüsurlarıdır. Bu iki patologiyanın birlikdə rast gəlinməsi təxminən hər 300 min doğuşdan birində müşahidə olunur.
Digər Xəbərlər
13 Oktyabr 2026 17:35
Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
13 Oktyabr 2026 11:11
Dünyada hər 7 nəfərdən birində psixi problem var
12 Oktyabr 2026 20:30
Uşaqlarda oynaq ağrısı və şişkinlik nədən xəbər verə bilər? – Açıqlama
12 Oktyabr 2026 18:03
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
12 Oktyabr 2026 17:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib
12 Oktyabr 2026 09:57
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
12 Oktyabr 2026 09:54
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
10 Oktyabr 2026 12:30


Bakı -°C

