adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 14:51
66
HADİSƏ
A- A+

Motosikletçi tərbiyəsizlik etdi... 

Son aylar Bakıda  motosikletlərin, mobedlərin , velosipedlərin iştirakı ilə ağır qəzalar baş verir. Heç kimə sirr deyil ki, həmin nəqliyyatlardan istifadə edənlərin çoxu kuryerlik  fəaliyyəti ilə məşğuldur.

Onlar da həmişə sifarişçiyə  məhsulu tez çatdırmaq üçün o nəqliyyat vasitələri yüksək  sürətlə idarə edir, yol hərəkəti qaydalarını tez- tez pozurlar. Bu zaman isə ağır qəzalar qaçılmaz olur. Bir neçə gün öncə Saray- Novxanı yolunda  kuryerlik  fəaliyyəti ilə məşğul olan iki gənc motosikleti idarə edərkən avtomobillə toqquşub və nəticədə ağır qəza baş verib, hər iki kuryer hadisə yerində ölüb.

Çünki bu işlə məşğul olanlar həmişə tələsir, yol hərəkəti qaydalarına əməl etmir  və belə faciələr baş verir. Oktyabrın 13- də saat 12:20 dəqiqədə  Keçmiş Buynakski küçəsindən  metronun " İçərişəhər" stansiyasına düşürdüm. Məndən əvvəl yaşlı bir kişi gedirdi. Piyada zolağına çatanda  avtomobil dayandı və ona yol verdi, amma motosikleti idarə edən kuryer ona  yol vermədən keçdi , qəza şəraiti yaratdı. Az qalmışdı ki, piyadanı vursun.

Yaşlı kişi isə motosikletçiyə əli ilə etiraz elədi. Çünki motosikletçı yol hərəkəti qaydasını  kobud surətdə pozmuş , piyadanın həyatı üçün təhlükə yaratmışdı. O, yolu dönüb, motosikleti saxladı  və yaşlı adamla mübahisə elədi  , özünü haqlı saydı. Hansı ki, qayda pozuntusuna, piyadaya yol verməməyə görə,o, 50 manat civarında cərimə edilməlidir!

Gözləmək olardı ki, buna görə , piyadadan üzr istəyəcək, amma biz bunun əksini  gördük! Gördük ki, motosikletçi özünü haqlı sayır və tərbiyəsiz  hərəkət edir. Belə tərbiyəsiz adamlar üçün yol hərəkəti pozmaq adı haldır! Babası yaşda bir adamla  kobud rəftar etməyin özü ən böyük tərbiyəsizlikdir! Və bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməyə borcludur! O cümlədən  həmin  motosikletçi!!!

Emil FAİQOĞLU