adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 19:54
68
DÜNYA
A- A+

Zelenskinin yerinə real namizədlər açıqlandı

ABŞ prezidenti Donald Trampın Kiyevdə hakimiyyət dəyişikliyi çağırışlarından sonra Amerikanın "Newsweek" jurnalı Volodimir Zelenskinin yerinə dörd namizədin adını açıqlayıb.

Adalet.az xəbər verir ki, əsas namizədlər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırkı Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Kirilo Budanov, keçmiş müdafiə naziri Mixaylo Fyodorov və keçmiş prezident Petro Poroşenko var. Zalujnı Zelenskinin əsas rəqibi hesab olunur.

Reytinq Qrupunun sorğusuna görə, respondentlərin 64 faizi Zalujnıya, 53 faizi Zelenskiyə etibar edir. 

Budanovun etimad reytinqi təxminən 53%, Fyodorovun isə 38% təşkil edir. Respondentlərin 7,6%-i birinci turda Fedorova, 6,7%-i isə Budanova səs verməyə hazırdır. 2014-cü ildən 2019-cu ilə qədər prezident olmuş Poroşenko hələ də parlamentin müxalifət üzvüdür. 2025-ci ildə Zelenski milli təhlükəsizlik mülahizələri ilə ona qarşı aktivlərin dondurulması da daxil olmaqla sanksiyalar tətbiq edib.