adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 11:15
62
DÜNYA
A- A+

“Sülh sazişinin imzalanmasına diqqət yönəltmək lazımdır” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasına diqqət yönəltmək lazım olduğunu bildirib.

Adalet.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında yayımladığı videomüraciətdə danışıb.

“Bu baş verən kimi (sazişin imzalanması – red.) deyə bilərik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan qeyd edib.