adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 10:26
68
DÜNYA
A- A+

Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub

Ukrayna ötən axşamdan Moskva regionu istiqamətində bu ilin ən böyük hücumlarından birini həyata keçirib. 

Adalet.az xəbər verir ki, bu barədə məlumat Moskva meri Sergey Sobyanin açıqladığı rəsmi statistikada yer alıb. 

“12 oktyabr saat 20:30-dan 13 oktyabr saat 07:00-dək Moskva regionu istiqamətində uçan 417 dron qeydə alınıb”, - mer sosial şəbəkə hesabında yazıb. 

Sobyanin dronların böyük hissəsinin hərbi hava qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirildiyini, 65 dronun isə Moskva yaxınlığında vurulduğunu bildirib.