Uzaq Kambocadan nə alırıq?
"Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında ölkələr arasında ticarət dövriyyəsinin hələlik çox aşağı səviyyədə olmasına rəğmən rəsmi səfərdən sonra dövriyyənin artacağına əminlik ifadə edilib".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Kamboca ilə Azərbaycan arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da ticarət əlaqələrindəki dəyişiklik son illərə təsadüf edir. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür.
Deputat bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12.7 milyon dollar olub:
"Dövriyyə tamamilə Kambocadan idxaldır. Ötən il heç bir Azərbaycan məhsulu Kamboca bazarına daxil olmayıb. Yəni, Azərbaycanın Kambocaya ixracatı qeydiyyata alınmayıb. Oxşar tendensiya bu ilin ilk 8 ayında da müşahidə olunub. Kambocadan 7.2 milyon dollarlıq mal idxal etsək də hələ də bu ölkənin bazarına Azərbaycan məhsulu çıxarılmır".
Kamboca ilə ticarətimizə gəldikdə isə, 201 məhsul növü üzrə idxal həyata keçirilib. Bunlar qadınlar üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (1.075 milyon dollar), pambıq parçası ipliyindən toxunma şalvar, kombinezon (835 min dollar), kimyəvi saplardan sviter, pulover, jilet və analoji trikotaj məmulatlar (558 min dollar), kişilər üçün kimyəvi saplardan palto, yarımpalto, bürüncək, plaş və analoji məmulatlar (555 min dollar) və digər məhsullardır. Kambocadan idxalın əhəmiyyətli hissəsi yüngül sənaye məhsullarıdır.
"Statistikadan göründüyü kimi, Azərbaycanın qeyri neft-qaz məhsullarının Kamboca bazarına ixrtacatı daha prioritetləşməkdədir. Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldindiyi bildirildi. Bu o deməkdir ki, Azərbaycan məhsulları yaxın zamanlarda Kamboca bazarına da daxil ola biləcək", - Vüqar Bayramov qeyd edib.
Digər Xəbərlər
12 Oktyabr 2026 19:00
Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik - Kobaxidze
12 Oktyabr 2026 09:20
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03


Bakı -°C

