adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Fevral 2021 13:44
73442
MƏMLƏKƏT
A- A+

“Qara ölüm”ün bizə yaşatdığı qanlı fevral: etnik təmizləmə, təcavüz, qətl, işğal, terror..

Artıq hamımıza, eləcə də bütün dünyaya gün kimi aydındır ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürülüb gətirilməsi ilə daha doğrusu, çar Rusiyasının Qafqaz siyasəti ilə sıx bağlıdır. Ermənistan bu gün Cənubi Qafqaz üçün, bütövlükdə həm də region üçün ən ciddi təhlükə, münaqişə ocağıdır. Ermənistan həm də dünyada sülh üçün ciddi təhlükədir.

 

Çar Rusiyasının yaxamızdan asdığı “qara ölüm”

 

Yer üzündə taun adlı bir xəstəlik var. Epidemiya olaraq bir neçə dəfə yayılmış və xeyli insanın həyatını məhv etmişdi. Avropada ona "Qara ölüm” də deyirlər. Deyilənə görə, taun ən çox olduğu ərazilərdə , xüsusən, Avropa tarixində insanları məhv etməklə bərabər, böyük bir iz buraxdı, iqtisadiyyatda, psixologiyada,mədəniyyətdə və hətta əhalinin genetik tərkibində də dəyişikliyə gətirib çıxardı. Bəli indi 200 ildəndə çoxdur ki, erməni adlı  “qara ölüm ” bizim başımız üstündədir. Niyə təhlükəlidir ermənilər –deyə düşündükdə birinci onların həyat amallarını nəzərdən keçirməliyik.

Bu təhlükənin mənbəyi erməni millətçilərinin saxtalaşdırdığı tarix – “böyük Ermənistan” uydurmasıdır. Çarizm Rusiyasının ermənilərin Osmanlı və İran ərazilərindən köçürdərək Cənubi Qafqaza yerləşdiriməsi 200 ildən çoxdur Cənubi Qafqazın başağrısına çerilib. Elə o vaxt köçürmə məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər:” Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O daha sonra qeyd edirdi ki, "Cənubi Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakinlərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək yerləşdirilmişlər".

Nə yazıq ki, 10 fevral 1828-ci ildə bağlanmış sazişə görə Azərbaycan ərazilərinə köçürülmə fevral ayının ən başda gələn faciələrindən biridir.

Hətta 1905-ci ilin fevralın 6-da Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayevin öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bəzi müəlliflərin iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizliyini göstərdi. Bakı qırğınlarının səbəb və nəticələrini araşdıran Rusiya Senatının üzvüAleksandr Kuzminski 6-9 fevral tarixlərində baş vermiş birinci Bakı qırğınları zamanı 232 nəfərin qətlə yetirildiyini, onların da yarıdan çoxunu ermənilərin təşkil etdiyini yazır. Hər iki tərəfdən yüzlərlə insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı. Onu da qeyd edək ki, Azərbaycanlıların sonuncu deportasiyası məhz 1988-ci ilin 23 fevralında başlanıldı. Etnik təmizləmə siyasəti həyata keçirən ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər, vəhşiliklər, terror törədərək, köməksiz azərbaycanlıları doğma yurdlarından perik sala bildilər.

Bu gün oxucularımıza deportasiyadan sonra təkcə (1988-1995-ci illər ərzində ) fevral ayında törətdikləri cinayətləri sadalayacağıq. Ola bilər bəzi qanlı fevral günlərini yazmağı unutmuşam. Amma bizim gözümüzdən qaçmış digər faktların toplanmasına siz də yardımçı ola bilərsiniz.

 

Ermənilərin bizə yaşatdığı "Qanlı Fevral"

 

1 fevral - 1994-cü il Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

7 fevral -1992-ci il ermənilər güclü artilerriya hazırlığından sonra 366-cı cı rus atıcı alayının köməyi ilə Sırxavənd kəndinə hücum edir. Rasim Ərşad oğlu Fərzəliyev şəhid olur. Kənd sakini İsa kişi mərmi qəlpəsindən həlak olur.Dinc sakinlərdən – F.Qasımov, T.Bəşirov, Q.Mehdiyev, B.Məmmədov, Ç.İbrahimov yaralanırlar.Sırxavənd kəndi ermənilər tərəfindən işğal olunur.

7 fevral -1993-cü il erməni-rus birləşmələri güclü hücuma keçərək Sərsəng su anbarı yaxınlığında 3 yaşayış məntəqəsini ələ keçirirlər. Mülki əhalidən və hərbçilərdən yaralananlar olur.

11 fevral- 1992-ci il də Şuşanın Malıbəyli və Quşçular kəndləriişğal olundu, 30 dan çox azərbaycanlı öldürülmüş, 100-dən çoxu yaralanmış və ya əsir götürülmüşdü.

12 fevral - 1988-ci il Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında mitinq keçirilib.

17 fevral -1992-ci il Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım baş verdi. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirildi.

18 fevral - 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

20 fevral -1988-ci il -Azərbaycan SSR-in DQMV Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər.

22 fevral -1988-ci ildə Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu

Fevralın 5-də (1992-ci il) Xocavənd rayonunun Günəşli kəndi ermənilər tərəfindən işğal edildi.

22 Fevral -1992 il ermənilər rusların zirehli texnikası və piyada dəstələrinin köməyi ilə Füzuli rayonunun Yuxarı Veysəlli kəndini gecə saat 3-də mühasirəyə aldılar. Kəndin 100-dən artıq evi yandırıldı. 1000 nəfərdən artıq adam evsiz-eşiksiz qalaraq kəndi tərk etmişdi. Döyüş zamanı kənd sakinlərindən və onun müdafiəçilərindən 5 nəfər həlak olmuş, 20 nəfər yaralanmış, 16 yaşlı oğlan uşağı itkin düşmüşdür.

26 fevral -1992-ci il Xocalı soyqırımı - 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

27 fevral -1988-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenari - Sumqayıt hadisələri. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirmişdi. 20 yanvar faciəsinə açılan qapı...

28 fevral -1993-cü ildə Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

Azərbaycan Ordusuna güvənirik! Azərbaycan Ordusu rəşadətlidir, qüdrətlidir, güclüdür. Gec ya tez terrorçu ermənisiz bir Qarabağı bizə ərməğan edəcəyinə inanırıq! Amma bu qanlı tarixi unutmaq elə özü cinayətdir!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid