SON DƏQİQƏ:

Tereza Ananın ƏSL ÜZÜ

  27491   |  
Şriftin ölçüsü  

Əsl adı Qonca Boyacı.

26 avqust 1910-cu ildə bu gün Şimali Makedoniyanın paytaxtı, keçmişdə Osmanlı İmperiyasına bağlı olan Üsküpdə dünyaya gəldi.

Ona “haralısan” sualı verilən isə özünü belə tanıtdı:

“Qan bağıma görə Arnavutam, vətəndaşlığıma görə hindli, inancıma görə isə katolik bir rahibəyəm. Qəlbimə görə isə tamamilə İsanın qəlbinə aidəm”.

Osmanlıda İmperiyasından isə heç danışmadı.

Nobel sülh mükafatı da daxil olmaqla bir çox mükafatlara layiq görüldü.

Ölümündən bir il əvvəl ABŞ-ın fəxri vətəndaşı oldu.

İnsanlığa, yoxsullara yardım edən xeyirxah bir missioner kimi dünyaya tanıdıldı.

Amma bir çox insanın fərqində olmadığı şey isə Tereza Ananın mübahisəli fiqur olmasıdır.

Pedofil keşişlərlə, dələduzlarla, diktatorlarla yaxın əlaqələri var idi.

İstər sağlığında, istərsə də ölümündən sonra şəxsi və yaratdığı qurumlarla bağlı bir çox iddialar önə sürüldü. Hətta etiraf edənlər də oldu.

Bütün bunlara rəğmən bu günə qədər gəlib-keçmiş ən böyük, ən sülhpərvər, ən təsirli dünyanı dəyişdirən insanların siyahısına baxsaq, Tereza Ananın bir çox siyahıda olduğunu görəcəksiniz.

İnsanların çoxusu onu yaxşılıqlar mələyi kimi görür.

Hətta 2003-cü ildə dövrün Papası II Con Paul tərəfindən xeyir-dua verildi, 2016-cı ildə isə Vatikanda izdihamın önündə “Əzizə” elan olundu.

Bəs yaxşı, Tereza Ana niyə mübahisəli şəxsdir?

Əslində o, kimdir?

Tereza 12 yaşına çatmış Tanrının ona bir çağırış etdiyini iddia etdi. O zamanlarda bəzi missionerlər Hindistana könüllü olaraq işləməyə gedirdilər. Bu, Terezanın da xəyalı idi. Yəni öz dinini başqa ölkələrdə yaymaq istəyirdi. 18 yaşına çatanda rahibə olmaq üçün Hindistana gedərək Doretta soydaşlarına qoşuldu.

24 may 1931-ci ildə ilk dəfə and içdi və Tereza adını aldı.

14 may 1937-ci ildə isə Monastrda müəllimlik edərkən müqəddəs andını içdi. Yəni artıq Qonca Boyacı tarixə qovuşmuş, yerinə Rahibə Tereza gəlmişdi.

1948-ci ildə həyatını dəyişdirən ikinci ilahi mesajını aldı. Tanrının ona “monastr  həyatını tərk etməlisən və həyatını kasıblara, yoxsullara həsr etməlisən, onlarla birgə yaşamalısan” dediyini iddia etdi.

Tibbi təhsil alaraq Hindistanın Kəlküttə şəhərində gecəqondu məhəllərində uşaqlara müəllimlik etməyə, xəstələri müalicə etməyə başladı.  Valideynlərin çoxusu Terezanın uşaqlarının beynini yuyub xristian etməyindən ehtiyat edib onun bu şəhərdən getməyini istədi. Monastrdakı şagirdləri ona köməyə gəlməyə başlayanda Terezanın ağlında girdi ki, Dorettadan ayrılsın və öz icmasını qursun.

Onun etdikləri dünyanın dörd bir yanında heyranlıqla izləyirdilər.

1950-ci ildə Xeyirxah Missionerlər İcması quruldu. Hətta ona 1951-ci ildə Hindistan vətəndaşlığı belə verildi.

1952-ci ildə öz açıqlamasına görə küçədə qalan tərk edilmiş insanların ən azından qürurla son nəfəslərini verə biləcəkləri, istefa verən rahibələrinin dediklərinə görə isə insanların gizlincə vaftiz edildiyi, “Həyatını itirənlər evi” adı verilən ilk təsis quruldu.

Şəhərin ən kasıb yaşayanları üçün yaxşılıq mələyi, amma böyük bir hindu əhalisinə görə isə tərk edilmiş bir hindu məbədini öz qurumuna çevirib hinduların inanclarını təhqir edən bir şəxs idi.

Bütün bunlara rəğmən 1950-ci ildə 12 rahibə ilə qurduğu Xeyirxah Missionerlər İcması bu gün dünyanın 139 ölkəsində 700-dən çox xeyriyyəçilik vəqfi quran və içində 5000-dən artıq rahibənin xidmət etdiyi böyük bir cəmiyyətə çevrildi.

27 oktyabr 1979-cu ildə Nobel Sülh mükafatına;

20 yanvar 1985-ci ildə ABŞ-ın ən sivil mükafatı olan Azadlıq medalına layiq görüldü.

Səhhətində ciddi problemlər yaranan Tereza 1989-cu ildə keçirtdiyi ikinci ürək infarktından sonra əməliyyat olundu, ürəyinə aparat yerləşdirildi. Amma səhhəti pisləşdikcə onun bədəninə şeytanın girdiyi düşünüldü, xəstəxanada ikən şeytan çıxartma ayini belə yerinə yetirildi.

5 sentyabr 1997-ci ildə 87 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.

 Elə hər şey də onun vəfatından sonra başladı. Onun sağlığında keşişlərə göndərdiyi məktubları gündəm oldu. O bu məktublarda yazırdı:

“Özümü cəhənnəmdə yaşayırmış kimi hiss edirəm. Tanrının və cənnətin varlığına şübhələnməyə başlayıram. Səslənirəm, amma heç kim yoxdur. Heç kim cavab vermir. İnanclarım hanı? Qəlbimin dərinliklərində də heç nə yoxdur. Boşluqdan və qaranlıqdan başqa. Cavablarını tapacağından hürkdüyüm və o qədər cavablanmamış suallar var ki, mənimlə yaşayan, bütün bunlar səbəbindən əgər Tanrı varsa, ondan məni bağışlamasını istəyirəm”.

Əzab çəkməyin insanı Tanrıya yaxınlaşdırdığını deyən və bunun müqəddəs bir şey olduğunu müdafiə edən rahibə bir dəfə başına gələn bir hadisə:

Xərçəng xəstəsi olan, dözülməz ağrı çəkən birinə gülümsəyib “çarmıxda əzab çəkən İsa kimi əzab çəkirsən, buna görə də Tanrı səni öpür” deyir. Xəstə cavabında “o zaman lütfən İsaya de ki məni öpməsin”.

Tereza Ananın inancına görə əzab əslində Tanrının hədiyyəsidir. Elə bəlkə də bu səbəbdən xəstələrə, əzab çəkənlərə kömək etmək üçün əlində bu qədər imkan varkən onlara qarşı laqeyd qaldı. Terezanın yanında 20 il işləyən rahibə Mery Conson Terezanın yoxsullara yardım etmək kimi niyyətinin olmadığını, tez-tez “siz yoxsullara yox, İsaya xidmət edirsiniz” dediyini dilə gətirdi.

Tereza Ana özü də tez-tez bunu dilə gətirmişdi:

“İnsanlar məni sosial xidmət mütəxəssisi zənn edirlər, amma mənim işim İsaya xidmət etmək, xristianlıq kəlməsini yaymaq və insanları qazanmaqdır. İddialara görə Terezanın açdığı yardım evləri əslində başqa niyyətlərə xidmət edirdi. Terezanın yanında 9 il yarım işləyib istefa verən rahibə Suzan Şilds bunları dedi:

“Tereza Ana bacılara həyatını itirməkdə olanlara necə vaftiz ediləcəyini öyrətdi. Rahibələr son nəfəsdə olan insanlara “cənnətə qəbz istəyirsənmi?” deyə sual verəcək, müsbət cavab aldıqda isə alnını nəm bez parçası ilə qayğısına qalırmış kimi davranacaq, beləcə xəlvəti həmin insanı vaftiz edəcəkdilər. Ki, edirdilər də.

Terezanın  Nyu Yorkda Bronydəki hesabında 1 milyona yaxın pul toplanmışdı. Amma bu pulların yoxsulların həyatında heç bir rolu yox idi. Tereza üçün yoxsulların mənəvi vəziyyətləri daha önəmli idi. Pullar pislik üçün istifadə olunmasa da, yaxşılıqlar üçün də istifadə olunmadı. Efiopiyada qıtlıq olan zaman banka daxil olan çeklər “Efiopiya üçün” adı altında olsa da, Afrikaya pul göndərilmədi və bu kampaniya davm etdirildi.

Tereza böyük bir sərvət yaratdı. Fəqət o, bu pulları xəstəxanalar tikdirmək əvəzinə, 150-dən çox ölkədə monastr tikdirdi, yeni rahib və rahibələr yetişdirildi,

1991-ci ildə İngiltərədəki bir qurumda aparılan yoxlamada ümumi gəlirin sadəcə 7 faizinin yardım üçün xərcləndiyi, qalanının isə Vatikan bankına həvalə edildiyi ortaya çıxdı. Bu yoxlama sadəcə bir ölkədə və sadəcə bir dəfə aparıldı. Poşlaşadakı icmaya üzv olan qadın Eva Kolodziej toplanan bağışlar barədə bunları dedi:

“Nyu Yorkdakı evi ziyarət edin, o zaman bağışların hara xərcləndiyini görəcəksiniz. Evin zirzəmisində dəyərli kitablar, zinət əşyaları və qızıllar var.

2008-ci ildə Kəlküttədə iki ay könüllü olaraq işləyən Hemley Qonzalez gördüklərindən dəhşətə gəldiyini dilə gətirdi və qurumdan ayrıldıqdan sonra feysbukda səhifə yaradaraq ifşalar paylaşdı. İşçilərin iynələri soyuq suda yaxalayıb başqa xəstələrə vurduğunu, tibbi ləvazimatların, dərmanların vaxtının keçməsinə rəğmən xəstələrə verildiyini, işçilərin tibbi təhsillərinin olmadığını, tuperklyoz və başqa yoluxucu xəstələrin başqaları ilə eyni məkanda müalicə olunduğunu dedi.

1976-cı ildə dünyanın ilk Ebola virusunu kəşf edən Pider Piat bu virusun rahibələrin təkrar-təkrar istifadə etdiyi iynələrdən yayıldığını dedi.

Quruma məxsus olan təcili tibbi yardım maşınlarında ilkin yardım üçün heç bir tibbi ləzavimat çantası belə olmayıb. Bu maşınlar əsasən rahibə daşıyırmış.

Tereza əzab çəkməyin Tanrıya yaxınlaşmaq olduğunu desə də, özünün səhhəti pisləşən kimi xəstəxanaya da getdi, əməliyyat da olundu.

Kəlküttədə könüllü işləyən Mary Loudon:

“Hamının başı keçəl qırxılmışdı. Çarpayı yox idi, baxça yox idi. 50-60 kişinin, bir o qədər də qadının olduğu iki ayrı otaq var idi. Hamısı həyatını itirirdi. Onlara yalnız ağrıkəsici aspirindən başqa heç nə verilmirdi. Xəstələrin bir çoxu isə bəsit bir əməliyyatla sağala bilən xəstələr idi. Amma heç bir rahibə Terezaya şübhə ilə yanaşa bilməzdi. Çünki ondan şübhələnmək, Tanrıdan şübhələnməyə bərabər idi və inanırdılar ki, buna görə o dünyada onlara cəza veriləcək”.

Terezanı ən sərt tənqid edənlərdən biri Xistofo Riçens isə Terezanın əslində yoxsulların dostu deyil, yoxsulluğun dostu olduğunu demişdi. O, katolikliyi yaymağı xəstələrin canları bahasına həyata keçirtdi. Aborta və doğuşa nəzarəti qadağan etdi. Bu düşüncə yoxsulluğun davamlı olması üçün atılmış addım idi.

İddialara görə Tereza Hindistandakı təbii fəalkət qurbanlarına sadəcə Hz. Məryəmin dualarını və medallarını payladı. Kasıb olmağın o qədər də pis bir şey olmadığına inanan Tereza dünyanın kasıb insanların çəkdiyi əzabdan yardım aldığını düşünürdü.

Tereza diktatorlardan və dələduzlardan pul alırdı. Ona görə də Çarles Kitinq dələduzluqda ittiham olunanda Tereza onu müdafiə edən bir məktub yazmışdı.

Bəs necə oldu ki, bunlarla yanaşı Tereza “Əzizə” elan olundu?

Bunun üçün onun iki möcüzəni reallaşdırmağı lazım idi.

1. Monika Besra adlı bir qadının bədənindəki şişə Terezanın şəkli olan boyunbağını basaraq dua edib sağalması.

Besranın dediklərinə görə rahibələr onu tez-tez ziyarət edəcəklərini, mardi yaddım edəcəklərini desələr də, sonra onu unutdular.

Həkimlər Moniknaın dərmanlar vasitəsilə sağaldığını desə də, bu, qəbul edilmədi.

2. Braziliyalı Marcilio Andrino beynindəki pozuntu səbəbilə komaya düşür. Onun arvadı Terezaya dua edir və əri komadan ayılır. Və bu fakt nə yaşadığı yer, nə də təhsili bəlli olan bir həkim tərəfindən təsdiq edildi.

Bir çox toplumlar ölən bir adamın arxasınca mənfi şeylər danışmağın günah, pis əməl olduğunu qəbul etdiyi üçün, Tereza kimi adamların da arxasınca ancaq yaxşı şeylər danışıldı, həqiqətləri deyənlər ciddiyə alınmadı. Nəticədə də dünya bu adamı yaxşılıqlar mələyi kimi tanıdı.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK