SON DƏQİQƏ:

Pərviz Abbasov: "Döyüşlər ilk başlayanda topun-güllənin içində qəribə olursan" - MÜSAHİBƏ

  38286   |  
Şriftin ölçüsü  

 İkinci Qarabağ müharibəsinin iştirakçısı Abbasov Pərviz Çingiz oğlu  Adalet.az-a müsahibə verib.

- Pərviz bəy, müharibədən qalib ayrılan döyüşçünün içində hansı hisslər olur?

- Hansı gözəl hisslər varsa, onlar da olur. Qürur, sevinc, xoşbəxtlik. Amma bunlar hamının keçirə biləcəyi standart hisslərdən deyil. Başqa məsələlərdə də sevinə bilərsən, amma burdakı sevinc hissi bir az izahı, təsviri çətindir. Bu onsuz da axır-əvvəl olmalı idi, o da nə gözəl ki, mənə də qismət oldu. Getdik, iştirak elədik, qalib  əsgər kimi ayrıldıq.

- Hansı ərazilərdə oldun, haralarda döyüşdün? 

-Ağdamda, Suqovuşanda, Talışkəndə olmuşam.

- Medallarla da təltif olunmusunuz yəqin..

- Bəli. Suqovuşan və Ağdam uğrunda medal.

- Pərviz, siz də ilk dəfədir ki, müharibə görürsünüz. Biz bunları ancaq filmlərdə görmüşük. Qarabağ problemi yaşımızı aşır, amma elə bu problemi oranı görməyənlər həll etdi. Bunun özü necə hissdir?

- Təbii ki. Birdən-birə sanki filmin içinə düşürsən. İlk başda çətin idi əslində. Qorxu var. Amma bu qorxu birdən bacara bilmərik qorxusu idi. Həyatdı da. Amma nə yaxşı ki, olmadı belə, bacardıq.

- Qorxu hissi həcmi olmadı. Axı, bu olanlar bizim həyatımızda bir ilkdir.

- Açığı, ilk başda olurdu, o da ona görə olurdu ki, təcrübəsiz idik. Döyüşlər ilk başlayanda topun-güllənin içində qəribə olursan. Amma sonra alışırsan. Mərmi top gələndə bilmirdin neyləyəsən birinci. Hardan gəlir, bilmirsən, necə gizlənəsən, bilmirsən. Sonra bu səslərə də öyrənirsən, adiləşir hər şey.

- Yəqin ki, 30 il sonra o torpaqlara girmək də başqa bir hissdir.

- Əlbbət. Biz orda olanda da bunu deyirdik. Həmişə televizorda gördüyümüz yerlərə birinci sən girmisən, həm də döyüşərək. Orda buna görə o qədər sevinmişin ki. Məsələn, Ağdam məscidində olanda bunu hiss elədim. O cümlədən digər yerlərdə.

- Pərviz bəy, sevincli olduğu qədər müharibə həm də dəhşətlidir. Dostların, yoldaşların, yaxınların şəhid olması..

- Hə, elədir. Çox ağırdı o. Məsələn, həmişə bir yerdə olduğun, alt-üst kravatda yatdığın biri şəhid olur, onun yeri boş qalır...

- Oldumu çox yaxın xatirələrin olduğun yoldaşın şəhid olsun?

- Çox oldu. Qazi olanlar da, şəhid olanlar da. Bir əsgər yoldaşımız var idi. Yaxşı əl bacarığı var idi. Adi bir daşı yonub gözəl fiqurlar düzəldirdi.  Bir daşı ürək formasında yonmuşdu, dedi, nişanlıma aparacam...Apara bilmədi... O daş qaldı orda..
Zabitlərdən biri yanımda yaralanmışdı. Birinci dəfə idi görürdüm yaralı, şəhid...

- Necə oldu həmin hadisə?

- Ağdam istiqamətində döyüş gedirdi. Top səsi gəldi, gəldi düşdü yanımıza. Belindən, ayağından yaralandın. Mən bir anın içində qurtuldum. Maşın var idi, yanında dayanmışdım. Zərbəni maşın gördü, bir də zabit.

- Həmin an necə oldu bəs? Çıxardınız həmin an?

- Yox. Həmin an edə bilmədik. 1 saat sonra imkan oldu ancaq. Orda hər dəqiqə olmur elə şey. Məcbur dözürsən, qalırsan.

- Bəs, ilk dəfədir şəhid olan yoldaşını görəndə necə?

- İlk başda təbii ki, qorxurduq bir az da. Amma bu zamanla artıq nifrət hissini artırırdı. Ermənilər öləndə qorxurdu, bizdən kimsə şəhid olanda daha da həvəslənirdik döyüş üçün. Gözümüzü qan bürüyürdü.Tankımızın birini vurdular, içindəkilər yandı. Hələ başqa hadisələr də var ki, hamısını danışa bilmərəm.. Bizim orda yeganə hiss etdiyimiz o idi ki, hər şəhidə görə daha çox qisas alacağıq..

- Özünüzün ən çox qorxduğunuz an oldumu heç?

- Əvvəl-əvvəl başlayanda qorxu hissi var idi, sonra olmadı. Daha sonra bir hadisə də oldu, amma onu danışma bilmərəm..

- Əsir götürmüşdüz?

- Hə, olurdu elə. Mən birini danışdırmaq istədim, rusca bilmirdi tam. Amma elə belə danışdıq.

- Nə deyirdi?

- Qorxurdu, nə deyəcək. Yalvarırdı.

- Deyirdilər, əsirləri öldürürlər, düzdü?

- Yox. Bizə əmr var idi ki, əsir goturuləni öldürmək olmaz. Bizdə əmrdən qırağa çıxmırdıq.

- Pərviz, bir gün yaddaşınızı itirsəniz, heç vaxt yadınızdan çıxmayacaq bir hadisə deyə bilərsiz?

- Bütün hadisələr. Orda aldığımız hər nəfəs, keçən hər dəqiqə. Yaddan çıxmaz. O çətin günləri necə unutmaq olar? 2-3 gün ac qalıb döyüşməyi necə unutmaq olar? Topu-gülləni, şəhidləri, yaralananları.. İnanmıram ki, nəyisə unutmaq olsun.

- Bəs, gülməli hadisələr olurdumu? Döyüş vaxtı, ya döyüşdən sonra...

- Hə, çox olurdu elə (gülür)Ekskavatorla ayaq yolu üçün yer qazmışdıq. Əsgərin biri taxtalar qarışıq düşdü həmin dərənin içinə. Onu çıxardana qədər gülməkdən şəhid olacaqdıq az qala ( gülür)

- Müsahibə üçün təşəkkür edirik, Pərviz. O cümlədən sizə də. Sağ olun ki, iştirak elədiz, canınız, qanınız bahasına torpaqları azad elədiniz.

- Çox sağ olun, mən təşəkkür edirəm. Bu, mənim ən birinci növbədə borcumdur. Vətən sağ olsun!

Söhbətləşdi: Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK