QƏLƏBƏ ÇALMIŞIQ BIZ..
Alnı açıq üzü ağ.
Danışarıq hər yerdə.
Gözün aydın ey, Vətən.
Qələbədi Qələbə.
Düşmənin komasına.
Əsgərim vurdu zərbə.
Bayrağımı ucaltdı.
Qələbədi Qələbə.
Şair Azərbaycanı.
Vəsf eləyir, şeirdə.
Dillərə nəğmə oldun.
Qələbədi Qələbə.
Indi tam sevincliyəm.
Ordumuz Kəlbəcər də.
Bütövdür Azərbaycan.
Qələbədi Qələbə.
Qələbə şeirin, yazmaq.
Qismətdi Səxavətə.
Mən gedirəm Ağdama.
Qələbədi Qələbə...
GÖZƏLLÍK QARABAĞDIR
Axtardığım xatirə dolu, çağdı.
Gəzmək istədiyim zirvəli dağdı.
Xarıbülbül bitən o, güllü bağdı.
Deyirəm gözəli, Qarabağdadır.
Qırx qızın yaylağı, Şuşa qalası.
Qarabağın işıqlıdır aynası.
Muğamla çalınan. ana laylası.
Qarabağ şikəstəm Qarabağdadır.
Oxunur hər an Üzeyir bəstəsi.
Qəlb dağlayır Qarabağ şikəstəsi.
Süleymanın, Vahidin, Xanın səsi.
Əl çatmaz ümmanım Qarabağdadır.
Gəz Qarabağ dağlarında, ceyranı.
Arif oxusun ol muğam heyranı.
Gəzib, dolansamda bütün dünyanı.
Gözəllik diyarı, Qarabağdadır.
Dağ havası, muğamların ocağı.
Muğam Səxavətin ana qucağı.
Yaqubun səsində tanı Ağdamı.
Muğamım, təsnifim Qarabağdadır.....