adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2020 16:27
33203
GÜNDƏM
A- A+

"Qarabağ Azadlıq Təşkilatı" ləğv olunacaqmı? - Akif Nağı aydınlıq gətirdi

Qarabağın işğalda olduğu illər boyunca çox işlər görən, Qarabağın azadlığı uğrunda çalışan əsas təşkilatlardan biri Qarabağa Azadlıq Təşkilatı olub. Artıq 28 illik həsrət sona yetib. Tezliklə hamımız o torpaqları görməyə gedəcəyik. Bəs, yaxşı, QAT-ın sabahı, gələcəyi necə olacaq? Təşkilat ləğv olunacaqmı?

QAT-ın sədri Akif Nağı bu məsələ ilə bağlı Adalet.az-a fikirlərini bölüşüb: "QAT Qarabağın azadlığı naminə çalışan bir təşkilatdır və uzun illərdir bu yolda öz əməyini sərf edib. Nəinki Azərbaycanda, həm də Azərbaycandan kənarda çox işlər görmüşük. Biz çox sevinirik ki, QAT-ın qarşısına qoyduğu vəzifə yerinə yetirilib. Amma hələlik tam qələbə o zaman olacaq ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq. Bu istiqamətdə işlərimiz davam etdirilir. Eyni zamanda Zəngəzur da tarixi Qarabağın ərazisi olub və onun da azadlığı bizim proqramda öz əksini tapıb. Bu istiqamətdə də işlərimizi davam etdiririk. Ermənilərin də geri çəkilmək fikri yoxdur. Ermənistanda dövlət səviyyəsində Xankəndidə hansısa qurum yaratmaq üçün geniş işlər aparılır, bəzi beynəlxalq mərkəzlərin dəstəyini qazanmağa çalışırlar. Yəni onlar hələ geri çəkilmək fikrində deyillər. Onların saxra təbliğatlarına qarşı mövqeyimizi dünyaya çatdırmaq üçün də işlər görəcəyik. Amma hansısa məqamda QAT-ın daxilində də bu mənada müzakirələr gedir, hətta QAT-ın partiyaya çevrilməsi, adının dəyişdirilməsi ilə bağlı təkliflər də var. İstənilən halda QAT mahiyyət etibarilə qalacaq. Çünki illərdir oturuşmuş bir təşkilatdır. Azərbaycanın əksər bölgələrində şöbələri var. Yəni hesab edirəm ki, bu strukturun ləğv olunması, buraxılması məqsədəuyğun olmaz".

 

Eminquey