Türkiyədə daha 68 nəfər koronavirusun qurbanı oldu
Türkiyədə son sutka ərzində daha 68 nəfər koronavirusdan ölüb.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 997 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 101 119 nəfərdən 1 467-nin cavabı pozitiv çıxıb. Müalicə olunan 1 116 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 275 630 nəfər təşkil edir".
Digər Xəbərlər
19 Aprel 2024 17:45