SON DƏQİQƏ:

BiS SEXTUS...

  35108   |  
Şriftin ölçüsü  
... Gəl, gözümün işığı, gəl. Gəl səni sürüşdürüm bu ağ kağızın üstündə o tərəf-bu tərəfə. Nə qədər vaxtdı ayrı düşmüşük. Heç bilmirəm kim küsübdü, sənmi məndən, mənmi səndən? Ya da ki, bu ayrılıq nədən oldu? İndi ilin bu son günlərində çözələməyə başlasam ki, qələmimlə məni ayıran səbəblər nədi, öz ruhumun labirintlərində ilişib qalacam. Lap bəsitindən yapışım - hər dörd ildən sonra ki, bir gün artıq çəkir, həmin ili şəxsən mən ağır keçirirəm, sınamışam. Yəni fevral 29 gündürsə, lap başlanğıcdan gözləməyə başlayıram ki, görəsən, ilin "sürprizi" nə olacaq? Bu mənada 2008 də istisna olmadı...
   
   Bizim planet Günəş ətrafında ilboyu dövrülüyünü tam sutka ərzində başa vurmur. 5 saat, 48 dəqiqə, 46 saniyə artıq qalır. Həmin bu artıq saatlar dörd ildə yığışıb bir sutka təşkil edir ki, o da ilin 366-cı günü olur. Ruslar bu ilə "visokosnıy qod" deyirlər. Latın dilində "bis sextus" (ikinci altılıq) sözündən götürülüb. Və hətta qədim yunan-roma tarixinin şərəfli günlərində də bu "uzun" illərin adı yamana çıxıbmış. Belə bir inanc var ki, bu "uzun" ildə dağıntı və fəlakətlərin sayı başqa normal illərdən artıq olur. Xəstə və qoca adamlar daha çox ölür. (Xüsusən fevral ayında. Februarus sözü latın dilində "təmizləmə" deməkdir. Belə çıxır ki, ölüm özü də bir növ təmizləmədi). Bu illərdə bağlanan nigahlar da uğurlu sayılmır. Amma bir istisna var ki, belə dövrlərdə qadınlar, qızlar özləri elçilik edə bilərlər. Bu onlara ayıb sayılmaz, heç kim də onlara "yox" deyə bilməz. Nə isə, bu, qüdrətli avropalıların inanclarıdır, bizdə necədi, deyə bilmərəm. Amma çox sürətlə qərbləşdiyimizdən, onların hər sarsaq adətini götürdüyümüzdən bu inanclara niyə laqeyd qalaq ki? Qlobal iqtisadi böhran hansı ildə başladı - "uzun" ildə. Bizi vurdu-vurmadı? Deyirlər vurmadı, amma görüntülər başqa hikmətlərdən xəbər verir. Sözümün canı budur - bir halda ki, avropalıların bütün dəyərsiz dəyərləri bizim üçün vacibdi, inanclar niyə olmasın? Bu illərdə (yəni "uzun" illərdə) dünyada, ölkədə və öz həyatımızda baş verən bütün olayları yada salın. Görəcəksiniz ki, haqlıyam. İndi mən çoxdan ayrı düşdüyüm sevimli qələmimi kağızın üstündə sürüşdürə-sürüşdürə bu lənətə gəlmiş "uzun" ildən qurtulmağıma sevinirəm. Başıma gələn bütün işlərə görə "uzun" ili ittiham edə-edə düşünürəm ki, yazmaq istədiyim nə qədər mövzular vardı. Özümü xatirəsinə borclu bildiyim nə qədər insan vardı - qələmim işləmədi. Təbii ki, ürəyimin dərinliyində əsl səbəblərin nə olduğunu bir mən bilirəm, bir də yuxarıdakı mütləq həqiqət. Amma vallah, sınamışam, bu "uzun" illər mənə heç düşmür. İndi Qəzza sektorunun bombalanmasına baxa-baxa ilin necə "xoş" bitəcəyini düşünürəm. Atəş düşdüyü yeri yandırır (sözün bütün çalarlarında). Uzaqbaşı, baxıb "vay-vay" eləyə bilərik. Bizə od qoyulanda kimin tükü tərpənir ki? Heç olmasa, onları dünya kanalları göstərirlər (mənası olmasa da). Uzaqbaşı, bir-iki həmsədr hətərən-pətərən danışıb çıxıb gedir, uzaqbaşı, bir-iki razılaşma imzalanır (bu razılaşmadan kim razı qalır, o da bilinmir). "Razılaşma" sözünü işlədirəm və yadıma düşür ki, mən axı bu il sentyabrın sonunda 70 illiyi tamam olmuş "Münhen razılaşması" haqqında yazı yazmaq istəyirdim. Sadəcə həmin vaxt başım həkimə, dərmana qarışdığından nə qədər mövzular kimi bunu da "rəfə" qoymuşdum. Amma gec deyil. Belə razılaşmalar hər zaman gündəmdədi, hər zaman aktualdı. Bir də ki, bu lənətə gəlmiş "uzun" il hələ bitməyib. Bir də ki, yazımın əvvəlində sevib-oxşadığım qələm(lər) nə qədər belə razılaşmalarımı, sövdələşmələrimi imzalayacaq...
   
   Deməli, belə. 70 il əvvəl 3-cü Reyx Almaniyasının Münhen şəhərində dörd dövlətin böyükləri yığışıb başqa bir dövlətin parçalanma planını müzakirə edib saziş bağlayırlar. Hitlerin təkidi ilə parçalanan dövlətin heç bir nümayəndəsini dəvət etmirlər. Almaniya, Böyük Britaniya, Fransa və İtaliya razılığa gəlirlər ki, Çexoslovakiyanın Sudet vilayəti Almaniyanın ixtiyarına keçir. Və çexlər on gün ərzində öz hakimiyyət - icra orqanlarını, ordusunu həmin vilayətdən çıxarmalıdır. O vaxt dünya dövlətləri Avropada sülhü qorumaq naminə Hitlerin nazı ilə oynayırdılar, amma axırı nə oldu?
   
   Məşhur türk yazıçısı Yaqub Qədri Qaraosmanoğlu həmin illərdə Türkiyənin Praqada səfiri olub. Yazıçının "Zorən diplomat" kitabında bu dövr haqqında maraqlı qeydlər var. Kitabdan bəzi fraqmentləri sizin diqqətinizə çatdırmaq istəyirəm və dünya siyasətinin necə "əbədi fahişə" olduğunu da bir daha vurğulamaq istəyirəm.
   
   "Çemberlen Sudet vilayəti ayrılandan sonra guya Hitlerdən Çexoslovakiyanın təhlükəsizliynə lazımi zəmanət almışdı. Bunu təmin etməyi İngiltərə və Fransa öhdələrinə götürmüşdülər. Biz heç cür başa düşə bilmirdik ki, Avropada sülhü qorumaq işində ingilis dövlət xadiminin oynadığı rola gülmək lazımdır, yoxsa ağlamaq. Faciə ünsürləri məzhəkə ilə qarışmışdı. Tamaşaçılar gülməyə hazırlaşanda birdən gözlərindən yaş axırdı. Bu oyunun müqəssiri kim idi, aktyorlar, yoxsa pyes? Biz nahaq yerə bunu özümüzdən soruşurduq. Cari hadisələrin mahiyyətini əbəs yerə öyrənməyə çalışırdıq. Bu mənasızlığın içində guya "siyasi müdriklik" var idi. Lakin diplomatik izahatlar bunu şərh edə bilmirdi. Bəlkə bu faciəli məzhəkə arxasında bizim görmədiyimiz və bilmədiyimiz hansısa bir həqiqət gizlənmişdi? Bəlkə məhz bu həqiqət istər-istəməz zavallı dövlət xadimini bu cür uğursuz hərəkət etməyə, belə təhlükəli və əcayib işə getməyə vadar etmişdi?
   
   Doğrudan da o zaman qərəzsiz müşahidəçilər olduqca çox idilər. Onlar hesab edirdilər ki, Fransa və İngiltərə müharibədən çox qorxurlar, onların hərbi qüdrəti zəifləmişdi, ona görə də Çemberlenin Hitlerin ayaqlarına döşənməkdən başqa əlacı yoxdur. Lap elə deyək vəziyyət belə idi, ancaq yenə də bu qara sülhün carçısı olmaq ixtiyarını cənab Çemberlenə kim həvalə etmişdi?"
   
   ... Tarixdən xəbərdar olanlar bilirlər ki, Almaniya 1-ci Dünya Müharibəsindən ağır torpaq itkiləri ilə çıxmışdı. "Versal müqaviləsi"nə görə, Mərkəzi Avropa dövlətləri mövcudluqlarını Fransa və Böyük Britaniyanın diqqətli baxışları altında sürdürə bilərdilər. Ancaq 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişdi. Çexoslovakiyanın ərazisinə daxil olan Sudet vilayətində 3 milyon yarım alman yaşayırdı. Və yerli hakimiyyət orqanları ilə milli azlıq arasındakı münasibətləri heç də idillik adlandırmaq olmazdı. Almaniyanın güclənməsi isə Çexiya almanlarını get-gedə daha çox radikallaşdırırdı. 1938-ci ilin aprelində Berlinin birbaşa diqtəsi altında Sudetalman partiyası Karlsbad proqramı deyilən bir sənəd qəbul etdi (Karlsbad - indi bizim oliqarxların tez-tez ziyarət etdikləri Karlovı Varı şəhərciyi). Bu sənədə görə, Sudet almanları özlərinə böyük muxtariyyət tələb edir, çex məmurlarının almanlarla əvəz olunmasını israr edir və alman dünyagörüşünün (yəni nasional-sosializmin) yayılması üçün azad təbliğat şəraiti istəyirdilər. Bu, yalnız başlanğıc idi.
   
   Çexlərə böyüklük edəcək Fransa və İngiltərə isə susurdu. Düzdür, Fransanın baş naziri Eduard Daladye Parisin Praqa qarşısındakı öhdəliklərini "dəyişməz və müqəddəs" adlandırırdı, amma öz qüvvələrinə arxayın olmadığı üçün də İngiltərəsiz hər hansı bir hərbi konfliktə qoşulmaq istəyində də deyildi. Britaniyanın "sülhpərvər" baş naziri Nevil Çemberlen isə bəyan edirdi ki, "Bu, dəhşətli, fantastik və gözlənilməz olar ki, biz uzaq ölkədən, tanımadığımız adamlardan ötrü burda - İngiltərədə səngər qazaq və əleyhqaz geyinək..." Fransanın xarici işlər naziri Bonne isə deyirdi ki, "ölkənin siyasi-iqtisadi durumu imkan vermir ki, "ikinci dərəcəli" münaqişələrə görə müharibəyə qoşulsunlar".
   
   Çexoslovakiyanın bədbəxt prezidenti Beneşi gecə saat 3-də yuxudan durğuzub ölkədən qovdular. Hitler onu oralarda görmək istəmirdi. Az sonra Beneş demişdi: "İndi baş verənlər böyük Avropa faciəsinin proloqudur. Müharibə olacaq. Müttəfiqlərimiz indi bizimlə birlikdə yaxşı şəraitdə döyüşmək istəmədilər. Neynək, onlar bizim uğrumuzda döyüşəcəklər, amma o zaman bizim döyüşmək imkanımız olmayacaq".
   
   Əslində o vaxt Münhendə Avropanın da taleyi həll olunurdu. Sonrasını da bilirsiniz. İndi biz üzümüzü bu adamların nəvə-nəticələrinə tutub imdad diləyirik. Yenə müxtəlif şəhərlərdə bəyannamələr, sazişlər imzalanır, mahiyyəti eynidi. Münhen sövdələşməsinin kabusu dünya üzərində fırlanır. "Zorən diplomat" kitabından:
   
   "Bədnam Münhen sazişindən sonra görkəmli çexlərdən çoxunun mənəvi düşgünlüyə düşdüyünün şahidi olduq. Bir parça çörək üçün boyun əyməyə məcbur olan məmurları hələ demirəm, Beneşin sənayesində milyonlar qazanmış sənayeçi və bankirlər belə almanlarla əməkdaşlıq etmək arzusu ilə alışıb-yanırdılar.
   
   Demək olar ki, həmin günlərdə Çexoslovakiya batan gəmiyə bənzəyirdi. Hər kəs ancaq öz əmlakını və öz canını qurtarmağa çalışırdı. Praqada danışılan söhbət ancaq öz ailələrini Fransaya, İsveçrəyə, İngiltərəyə göndərənlərdən Avropanı kifayət qədər təhlükəsiz saymayıb, Cənubi Amerika ölkələrində sığınan, sərmayəsini London və Nyu-York banklarına keçirən, mağazalarını, fabriklərini və firmalarını əcnəbilərə verən adamlar haqqında idi.
   
   O zaman Praqada mən "kapitan gəmini tərk edərək, canını xilas edir" və "məndən sonra hər şey batsın" sözlərinin nə qədər geniş yayılmış həyat kodeksi olduğunu ilk dəfə gördüm. Yüzillik mədəni inkişaf ənənələri olmasına baxmayaraq, dirçəlişə ümidini itirən bir cəmiyyətdə mənəvi və əxlaqi sərvətlərin necə qiymətdən düşdüyü aydın oldu. Bəli, bu sərvətlər Çexoslovakiya kronası ilə bərabər dəyərini itirirdi, saxta pasportlarla milliyyətini dəyişən və yalan nigah kəsdirib yeni familiya götürən qadınlar arasında yarış gedirdi. Hətta ən yaxın qohumlar, ən səmimi dostlar və bir-birini sevən ər-arvadlar arasında hədə-qorxu gəlmə, böhtan və təqib halları hədsiz dərəcədə artmışdı. Adama elə gəlirdi ki, elə bu saat ata uşaqlarından, uşaqlar atalarından çuğulluq edəcək, bir-birlərinə böhtan deyəcək, bəzilərini kommunistlərlə dostluqda, digərlərini Almaniyaya düşmənçilikdə ittiham edəcəklər. Birtəhər öz canlarını qorumaq üçün!
   
   Fahişəlik və əxlaqsızlıq elə geniş yayılmışdı ki, Praqanın Babildən, Sodom və Qomorradan demək olar ki, heç bir fərqi yox idi. Barlar və kazinolar bir yana qalsın, ən kübar mehmanxanaların salonları da, qədim kölə bazarlarında olduğu kimi qızların və qadınların alqı-satqı bazarına, hətta deyərdim ki, qara birjalara çevrilmişdi. Mənə elə gəlir ki, qədim vaxtlarda da "kənizlər" və "kölələr" bu qədər ucuz və olar-olmazına nə alınmışdı, nə də satılmışdı. Mən özüm görməsəm də, eşitmişdim ki, nə qədər qəşəng cavan qızlar, əksər hallarda Almaniya və Çexoslovakiyanın zəngin yəhudi ailələrinin qızları sərhəddən azad bir ölkəyə keçmək, yaxud "sığınacaq almaq" xatirinə özlərini qarşılarına çıxan ilk əcnəbiyə təslim edirdilər".
   
   Aman Allahım, nə tanış söhbətlərdi, nə tanış mənzərələrdi? İndi bizə xoş təbəssümlə baxıb xoş vədlər verən xarici diplomatların danışığında Çemberlenin sözlərini eşidirəm: "BU, DƏHŞƏTLİ, FANTASTİK VƏ GÖZLƏNİLMƏZ OLAR Kİ, BİZ HANSISA UZAQ BİR ÖLKƏDƏN TANIMADI

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK