Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi

Daxili İşlər Nazirliyində 2025-ci ilin birinci yarımilinə dair əməliyyat-xidməti fəaliyyətin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında müzakirə olunan əsas məsələlərdən biri də əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində görülən işlər olub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə müşavirədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış birgə işçi qrupun fəaliyyəti xüsusi vurğulanıb.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, prokurorluq və polis əməkdaşlarından ibarət bu qrupun həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri konkret nəticələr verib, cinayətlərin, xüsusilə ağır və xüsusilə ağır kateqoriyadan olanların açılması sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub.
Qeyd olunub ki, bu fəaliyyət nəticə etibarilə qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, eyni zamanda cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasına mühüm töhfə verib.
Bu istiqamətdə görülən işlər hüquq-mühafizə orqanları arasında effektiv koordinasiya və qarşılıqlı fəaliyyətin mühüm nümunəsi kimi qiymətləndirilib.
Digər Xəbərlər

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə görüşdü

“Tərlan - 2025” PUA təlimi başa çatdı - FOTO

Peşəkar kadr potensialının formalaşdırılması DİN-in strateji prioritetlərindəndir

Vətəndaş məmnunluğu təmin edilsin - Nazirdən tələb

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO

Azərbaycandakı korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək qiymətləndirildi
