Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, iyulun 10-da ölkə ərazisində ümumilikdə 51 cinayət faktı qeydə alınıb.
Axtarışda olan şəxslərin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün ərzində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılaraq istintaqa cəlb olunub.