11 Iyul 2025 09:14
126
İDMAN

Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıblar.

Adalet.az xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.

28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın "Sele" klubuna uduzub - 2:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.