11 Iyul 2025 09:37
139
DÜNYA

Zelenski müdafiə nazirini bu ölkəyə səfir göndərir

Romada keçirdiyi mətbuat konfransı zamanı Ukrayna prezidenti  Volodimir Zelenski müdafiə naziri Rustem Umerovun Ukraynanın ABŞ-dəkı yeni səfiri ola biləcəyini etiraf edib.

Adalet.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib. 

"Ukraynanın ABŞ-dəki səfiri dəyişdiriləcək.Bu, Müdafiə Nazirliyinin rəhbəri Rüstem Umerov olacaq", - Zelenski ifadə edib. 

Bundan əvvəl Zelenski Ukraynanın Amerikadakı səfiri Oksana Markarovanı tutduğu vəzifədən uzaqlaşdırmaq niyyəti barədə məlumat verib.