İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. Hazırda
Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin gündəliyinin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı şərait formalaşmışdır.
Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər

"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

"Maraqlı və yaddaqalan səfər oldu"

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur

Prezidentin Qarabağ siyasətinə ictimai dəstək yüksəkdir – SORĞU
