10 Iyul 2025 17:51
100
İDMAN

İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

İtaliyanın "Fiorentina" klubu hücumçu Edin Dzekonun transferini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.

E.Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.