PKK silahlarını yerə qoymağa başladı - YENİLƏNİB

PKK qruplaşması silahlarını yerə qoymağa başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Çox sayda maşın karvanının Süleymaniyədəki Kandil dağının ətəklərinə doğru irəlilədiyi də qeyd olunub.
***
Bu gün Türkiyə üçün tarixi gün olaraq yaddaşlara həkk olunacaq. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan “Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahlanma mərhələsinə saatlar qalıb.
Adalet.az Türkiyə mediasına istinadən bildirir ki, kritik həftənin son günündə terror təşkilatı PKK rəsmən silahı yerə qoyma prosesinə başlayır.
Saatlar sonra PKK-nın İraqın Süleymaniyyə şəhərində silahı yerə qoyması ilə Terrordan Azad Türkiyəyə nail olmaq prosesində kritik hədd aşılacaq.
Xatırladaq ki, İmralıda ömürlük həbsdə olan terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb.
Digər Xəbərlər

Bu ölkədə ilk dəfə Hərbi Hava Qüvvələrinə qadın başçılıq edəcək

Tərksilah olan PKK-çılar arasında təşkilatın yüksək səviyyəli lideri Bese Hozat da var

Lavrov Trampın Ukraynayla bağlı "yeni planını" ironiya ilə cavablandırdı
