SON DƏQİQƏ:

Sahibkarlıq subyektlərində monitorinqlər aparılır

  6874   |  
Şriftin ölçüsü  

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a bildirilib ki, nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.

Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-də təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib. Suraxanı rayonunda "Maşallah Market”də və "Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda "Panda Kids”, "Optimal Electronics” mağazalarında, "Garden Haus” restoranında, Sabunçu rayonunda "Moda Kids” mağazasında, "The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda "Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus "Dokta Aptek”də, Yasamal rayonunda "OBA” marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Monitorinqlər davam edir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK