Bakıda Zəfər Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib.
Adalet.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər.
Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Digər Xəbərlər
08 Noyabr 2026 17:12
Faktiki hava açıqlandı
08 Noyabr 2026 15:22
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
08 Noyabr 2026 12:32
Sabah da yağış yağacaq
08 Noyabr 2026 11:24
Xankəndidə körpələr Zəfər Gününü qeyd ediblər
07 Noyabr 2026 22:37
Şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
07 Noyabr 2026 20:01
Gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
07 Noyabr 2026 17:25
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyi keçirilib - FOTOLAR
07 Noyabr 2026 14:37


Bakı -°C

