adalet.az header logo
  • Bakı -°C
08 Noyabr 2026 15:22
76
MƏMLƏKƏT
A- A+

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib.

Bu barədə Adalet.az-a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərinin hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Qeyd olunub ki, zərurət yarandığı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.