adalet.az header logo
  • Bakı -°C

ABŞ Abu-Dabi danışıqlarının birici raundundan məmundur... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
86 | 2026-11-11 10:37
A- A+

ABŞ prezidentinin xüsusi elçisi Kuşner bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Abu-Dabidə aparılan danışıqların birinci raundundu konstruktiv keçdi.

 "Biz danışıqların konsttuktiv keçməsindən məmun qaldıq"-deyə Kuşner bildirib.

 Trampın xüsusi elçisi qeyd efib ki, tərəflər böhranın aradan qaldırılması üçün qətiyyətlə iş aparırlar və təhlükəsizliyin təmin olunmssı üçün razılaşma üzərində çalışırlar. Dsnışıqların bu gün davam etdirilməsi planlaşdırılıb.

Birləşmiş Ştatların dövlət katibi Marko Rubio Sbu-Dabi danışıqlarının səmərəli keçdiyini bəyan edib. O, qeyd edib ki, avtopalı tərəfdaşları xüsusi elçi Stiven Uitkoff və Kuşnerin tərəflərlə  sıx əməkdaşlığını dəstəkləyirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Abu-Dabidə regionun təhlükəsizliyi müzakirə olunur. O, qeyd edib ki, Ağ Evin hazırki rəhbərliyinin hazırki təşəbbüsü, Bayden administrasiyasının apardığı siyasətdən xeyli fərqlənir. 

  Beləliklə, qapalı keçirilən Abu-Dabi danışıqlarının detalları barədə heç bir açıülama verilməsədə, Vaşinqton danışıqların ilk raundundan məmun qaldığını bəyan edir.

 Bu gün danışıqların davamından sonra, yəqin ki, müəyyən məsələlərə- məsələn Rusiyanın qətiyyətlə Ukrayna silahlı qüvvələrinin Donbass vilayətindən tamamilə çıxarılması və həmin ərazilərin Rusiyaya verilməsi şərtlərindən imtina etməsi mümkün olacaqmı və yaxud Ukrayna tərəfi heç bir halda bu ərazilərdən geri çəkilməyəcəyi bəyanatlarlndan geri çəkiləcəkmi?

 Əslində tərəflərin öz şərtlərdən geri çəkiləcəyi inandırıcı görünmür. Hər bir halda bu gün davam edən danışıqların nəticələrini gözləyək. Bəlkə Trampın xüsusi elçiləri tərəflərin razılaşa biləcəyi  hansısa kompramis variantlar hazırlayıb? 
Görəcəyik...

 

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV