adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 08:49
80
DÜNYA
A- A+

Pezeşkian Türkiyəyə gedir

İran Prezidenti Məsud Pezeşkian bu gün Türkiyəyə gedəcək.

Adalet.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.

İran Prezidenti sammit çərçivəsində iştirakçı ölkələrin dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.