Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
Raul Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olunub.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Komanda baş məşqçinin rəhbərliyi altında ilk oyununa şənbə günü "Karlos Tartiere" stadionunda "Jirona"ya qarşı çıxacaq.
R.Qonsales 15 ildən çox "Real"ın şərəfini qoruyub. O, daha sonra "Şalke" (Almaniya), "Əl-Sədd" (Səudiyyə Ərəbistanı) və "Nyu-York Kosmos" (ABŞ) klublarında çıxış edərək 2015-ci ildə karyerasını başa vurub.
İspaniyalı mütəxəssis məşqçilik fəaliyyətinə 2018-ci ildə "Real"ın akademiyasında başlayıb, 2020-ci ildə U-19 komandası ilə UEFA Gənclər Liqasının qalibi olub və son altı mövsümdə "Kastilya"ya (İspaniya) başçılıq edib.
Qeyd edək ki, komanda İspaniya Sequndasında 13 turdan sonra 9-cu pillədə qərarlaşıb.


Bakı -°C

