İlham Əliyev Türkiyəyə getdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gəlib.
Adalet.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Digər Xəbərlər
10 Noyabr 2026 16:21
”6 il əvvəl yaranan yeni reallıqlar Azərbaycanın suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi”
10 Noyabr 2026 13:44
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
10 Noyabr 2026 11:55
İlham Əliyev Ərdoğana başsağlığı verib
10 Noyabr 2026 11:33


Bakı -°C

