adalet.az header logo
  • Bakı -°C
08 Noyabr 2026 19:11
78
HADİSƏ
A- A+

Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü

Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib.

Adalet.az oxu.az-a istinadən xəbər verir ki,  hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAZ" markalı yük avtomobilini idarə edərkən qəfil halı pisləşib.

O, nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb, lakin bir qədər sonra vəfat edib.

Sürücünün infarkt keçirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.