Paşinyan Türkiyədədir - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib.
Adalet.az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında video paylaşıb.
Paşinyan Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində Liderlər Sammitində iştirak edəcək.
Ermənistan lideri səfər çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Sözügedən videonu təqdim edirik:


Bakı -°C

