SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: “BU BAHAR”

  17180   |  
Şriftin ölçüsü  

Bu günlərdə çox dəyərli yazıçı-şairə Gülər Eldarqızı mənə bir kitab bağışladı. Öncə düşündüm ki, yəqin müəllif özüdür. Lakin kitabı əlimə alanda xəyal məni uzaqlara apardı, xatirələr təzələndi və onun çöhrəsi gözlərimin önünə gəldi. Bu, qələm dostum, həyatda dəfələrlə görüşüb çörək kəsdiyim, özünü-sözünü tanıdığım mərhum Akif Şahverdiyevin kitabı idi.

"Vüsala doğru” adlı bu kitabda Akifin povestləri, hekayələri və bir neçə şeiri toplanmışdı. Akifi düşünə-düşünə kitabdakı şeirlərə diqqət yetirdim. Və zamanın ovqatına uyğun olan, bu gün şəxsən mənim yaşadığım durumun notlarına uyğun gələn "Bu bahar” şeiri diqqətimi çəkdi. Bunu ona görə xüsusi vurğulayıram ki, indi may ayı olsa da, təbiətdə də bir virus xofu var. Həmişə adət etdiyim may ayının heç izi-tozu da görünmür. Elə bil COVİD-19 may ayının da kürkünə birə salıbdı.

Bax, elə həm Akifin xatirələri, həm də bu günümün yaşantıları mənə "Bu bahar” şeirini bir neçə dəfə oxutdu.

Ümid zirvəsində, inam daşında,

Həsrət çəmənində eşqin gül açar.

Kədər otağından qəmli könlünü,

Gümanın xəlvətcə götürüb qaçar –

Bu bahar!



Yəqin bu bəndə fikir verdiniz: -Ümidin zirvəsini də, inamın daşını da, həsrət çəmənini də, elə kədər otağından xəlvətcə qaçırılan sonuncu gümanını da düşündünüz... və gördünüz ki, bu bahar sonuncu gümanın çiçəklərinə necə əl qoyur...

İncidən incəyə al sırğa taxan,

Qönçədən danışan, günəşdən baxan.

Tez-tez bulud olan, gah da ki, çaxan,

Ya, şirin fənd edər, ya, qalar naçar –

Bu nahar!

Bəli, ən incədən, ən zərifdən də zərifə sırğa taxan, özü də onun al rəngdə olmasına xüsusi önəm verən, qönçəni vəsf edib, günəşi sevən, buludu, şimşəyi özünə köçürən və bütün bunları da çox məharətlə, çox ustalıqla sərgiləyir bu bahar... Təbii ki, Akif Şahverdiyevin qələmiylə.

Eşqin nəğməsini qapqara bığlar,

Böyük tütəyində yanıqlı çalar.

Daşlaşıb bu əsər elə o anda,

Gənclikdən əbədi yadigar qalar –

Bu bahar!

Hə, eşqin nəğməsini sevdiyinin hörüklərində yanıqlı bir avaza çevirmək və bununla da o hörükləri oxşamaq, sığallamaq... və beləcə də o görkəmlə, o avazla elə daşlaşıb gənc yaşında qalmaq... və bir də əbədi yadigara çevrilmək – Sevgi yadigarına! – necə də gözəldi bu bahar da!

Elçi sözü sal daşlardan süzülər,

İntizardan iki ürək üzülər.

Dodaq çalar, göz oynayar, üz gülər,

Tay-tay olar, "şah qapısı” açılar –

Bu bahar!

Doğrudan da bütün sevgilərin vüsal anı elə şah qapısına gedib oradan bir "hə” ilə geri qayıdanda öz zirvəsinə yüksəlir. Akif Şahverdiyev də baharın sevgi vüsalları mövsümü olduğunu, çiçəkləndiyini beləcə poetik şəkildə ifadə edibdi. Yazıb ki, bu baharın çal-çağırı, dodaqların zümzüməsi, göz-qaşın oynaması, elçilərin şah qapısına getməsi hər kəsin arzusu olduğu kimi, həm də bir xoşbəxtliyin başlanğıcıdır. Deməli, o xoşbəxtliyi vəsf etmək də Akif Şahverdiyev qələmində mənim gördüyüm, duyduğum kimi təravətlənibdi. Ruhu şad olsun, Akifin! Təkcə bu baharda yox, bütün zamanlarda!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK