SON DƏQİQƏ:

"Xocalı sindromu"ndan necə xilas olaq? - Ulucay Akif yazır

  77796   |  
Şriftin ölçüsü  
Ümumiyyətlə, sizə deyim ki, ölkənin başına gələnlər xalqın xarakterində əvvəl-axır öz təzahürünü tapır.

Bir millətin nümayəndəsinə xas olan xarakterik cəhətlər çox vaxt həmin ölkənin keçdiyi siyasi proseslər və tarixi hadisələr ilə bağlı olur. Bu həm müsbət, həm də mənfi cəhətlərə aiddi.

Məsələn, yaponlar Amerikanın Xirosima və Naqasakiyə atom bombası atmasından sonra müharibədən imtina edib bütün güclərini elmə yönləndirdilər. Ona görə də bu gün yaponlar müharibəni sevməyən, sakit təbiətli və elmli adamlardı. Yapon xalqı müharibədən belə dərs çıxardı, belə istifadə etdi.

Türkiyəlilərin xarakterində Osmanlı imperiyasından qalma özünə inam xarakteri var. Çılğındılar, cəsurdular, özlərinə güvənirlər.

İngilislərin xarakterində hiyləgərlik, siyasəti və biznesi yaxşı bacarmaq var.

Farslar həmçinin, həmişə özlərini böyük millət sayırlar ki bu da qədim zamanlardan dövlətçilik və imperiya ənənələrinə sahib olmaqları ilə bağlıdır.

Rusların xarakterinə xas olan xüsusiyyət mədənilikdir. Onlar vaxtilə Avropa mədəniyyətini elə mənimsəyib özünküləşdirdilər ki, bu gün artıq "rus mədəniyyəti" anlayışı formalaşıb.

Gürcülər çox eqoist olurlar və öz mənfəətləri üçün hamıyla düşmən və müttəfiq ola bilərlər, amma demək olar ki, kimləsə müttəfiq olsalar da, heç vaxt dost olmurlar.

Və ən sonda da biz.

20-ci əsrin əvvəllərində bizim xarakterimizə böyük müsbət təsir göstərən hadisə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması idi. Biz inanmışdıq ki, bir kərə yüksələn bayraq bir daha enməz. Məhz bu cümlə bizim xarakterimizdə öz əksini tapmışdı deyə biz 20-ci əsrin sonlarında yenidən müstəqilliyimizi qazana bilmişdik. Çünki biz özümüzə inanmışdıq və güvənmişdik.

Amma 90-cı illərdə bizə ən mənfi təsiri göstərən hadisələrdən biri Xocalı faciəsi oldu. Bu hadisə aldığımız ən böyük travmalardan biri oldu, psixoloji sarsıntı keçirdik. Bir insanın ailə üzvünün zorlanması ona necə təsir edərsə, Xocalı faciəsi də bu millətə elə təsir etdi.

Susduq, öz qınımıza çəkildik, məğlubiyyəti qəbullandıq. Və indinin özündə də bu faciənin fəsadları bir millət olaraq bizim xarakterimizdə hiss olunur.

Biz ədalətsizliklərə susuruq, mübarizəyə başlamadan məğlubiyyəti qəbullanırıq və artıq bütün bunlar bizdə bir sindroma çevrilib.

Amma belə olmamalıdır!
Qətiyyən belə olmamalıdır!

Bizim başımıza gətirilən bütün bu faciələrin intiqamını bir-bir almalıyıq. İntiqam hissi ilə yaşamalıyıq! Və bu intiqam hissi kor-koranə uşaq hikkəsinə bənzəməməlidir. Məntiqli, ağıllı davranmalıyıq.

Övladlarımızı da intiqam hissi ilə böyütməliyik. Onları cəsur və ağıllı böyütməliyik. Qətiyyən onlarda əziklik sindromunun yaranmasına imkan verməməliyik. Onlar özlərinə, öz güclərinə və ağıllarına güvənərək böyüməlidilər.

Qələbə sadəcə döyüş meydanında qazanılmır. Döyüş meydanına çıxana qədər digər sahələrdə qalib gəlməliyik düşmənimizə. Elm, mədəniyyət, iqtisadiyyat, lap idman sahəsində də qalib gəlməliyik.

Ali olan ortaq məqsədlərimiz olmalıdır. Bu məqsədlərin ən başında da intiqam arzusu olmalıdır, əks təqdirdə xarakterimizdəki bu mənfi xüsusiyyətlərdən xilas ola bilməyəcəyik.

Ən əsası insanlarımız arasında milli şüur və birlik formalaşmalıdır.

Bunları mütləq etməliyik ki, sabah qisas üçün döyüş meydanına atılanda intiqamımızı ala bilək, əli boş qayıtmayaq!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK