Bəşər Əsədə ölüm hökmü çıxarıldı
Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə ölüm cəzasına məhkum edib.
SANA agentliyinin məlumatına görə, məhkəmə Bəşər Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib barəsində də ölüm hökmü çıxarıb.
Bəşər və Mahir Əsəd məhkəmədə qiyabi mühakimə olunublar. Məhkəmə onların beynəlxalq axtarışa verilməsi barədə də qərar qəbul edib.
Bəşər Əsədin əmisi oğlu Atef Nacib isə məhkəmə iclasında şəxsən iştirak edib. O, 2011-ci ildə Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Nacibə qarşı qətl, işgəncə və qətlə təhrik ittihamları irəli sürülüb.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyaya gedib.
Digər Xəbərlər
11 Avqust 2026 12:03
İstanbulun sevimli pişikləri şəhərin ayrılmaz simvollarından birinə çevrilib - FOTOLAR
11 Avqust 2026 11:55
Özü qolf oynadı, raketlər onu qorudu - VİDEO
11 Avqust 2026 11:24
Kolumbiyada güclü zəlzələ: 132 nəfər ölüb, 570 nəfər yaralanıb
11 Avqust 2026 10:33


Bakı -°C

