Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir.
Adalet.az-ın məlumatına görə, şəhərdə inşa olunan Mərkəzi park da bu layihələrdən biridir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, park müasir şəhərsalma prinsipləri əsasında salınır.
Mərkəzi parkın təməli 2023-cü il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Ümumi sahəsi 5,5 hektar olan parkın 3,73 hektarında yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub. Ərazidə istirahət və ictimai tədbirlər üçün meydanlar, 7349 kvadratmetr açıq məkan və 5652 metr uzunluğunda daxili yollar yaradılır.
Parkın ərazisində çay evi, inzibati və iaşə binaları, mobil köşklər, mühafizə və sanitar qovşaqlar, həmçinin su anbarı və nasosxanalar inşa olunur.
Layihədə Ağdamın tarixi-mədəni irsinin yaşadılması da nəzərə alınıb.
Parkda Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanı Fərhadın heykəlinin qoyulması planlaşdırılır.
1959-cu ildə heykəltaraş Tokay Məmmədov tərəfindən hazırlanan və işğal dövründə dağıdılan abidə onun orijinal eskizi əsasında yenidən hazırlanır.
Heykəlin hazırlanması Xalq rəssamı Hüseyn Haqverdiyevə həvalə olunub. Texniki işlərə Sənan Cəfərov rəhbərlik edir. Layihənin baş kuratoru isə Əməkdar rəssam, elmlər doktoru Rəşad Mehdiyevdir.
Digər Xəbərlər
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - BU TARİXDƏN
09 Sentyabr 2026 10:31
FHN tədbir keçirdi - VİDEO
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14


Bakı -°C

