Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
Lənkəranda bankomatdan pul çıxarmaq istəyən şəxsləri aldadaraq onların vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək təklif edərək onların bank kartlarındakı vəsaitləri mənimsəyib.
İlkin istintaq nəticəsində onun eyni üsulla ümumilikdə 7 şəxsin pulunu ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruhid Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

