Ay Günəşi kölgəsində gizlədəcək - 30 il sonra ilk dəfə
Avropada 30 ildən sonra ilk dəfə tam Günəş tutulması olacaq.
Adalet.az-ın “Sky News”a istinadən xəbər verir ki, nadir səma hadisəsi avqustun 12-də baş verəcək.
Bildirilib ki, bu zaman Ay Yerlə Günəşin arasından keçərək, bəzi ərazilərdə Günəşin tamamilə qarşısını kəsəcək.
NASA-nın məlumatına görə, tam tutulmanı Qrenlandiya, İslandiya, Rusiyanın şimalı, İspaniya və Portuqaliyanın bəzi hissələrindən izləmək mümkün olacaq.
Böyük Britaniya və İrlandiyada isə tam tutulma müşahidə edilməyəcək. Bu ölkələrdə Günəşin təxminən 90 faizi Ay tərəfindən örtüləcək.
Mütəxəssislər Günəş tutulmasına adi gün eynəyi ilə baxmağın gözlərə ciddi zərər verə biləcəyini bildiriblər. Onlar hadisəni izləmək üçün xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər.
Qeyd edək ki, bu, 1999-cu ildən sonra Avropada müşahidə ediləcək ilk tam Günəş tutulması olacaq.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
09 Sentyabr 2026 07:35


Bakı -°C

