Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Adalet.az xəbər verir ki, rayon sakini evindən ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun usta kimi işlədiyi evdən qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.


Bakı -°C

